banner
banner

Sosİal

Növbəti 4 günə diqqət! – ŞOK XƏBƏRDARLIQ EDİLDİ

Növbəti 4 günə diqqət! – ŞOK XƏBƏRDARLIQ EDİLDİ

Astroloq Dinçer Güner bildirib ki, təxminən dörd gün təsirini göstərəcək Venera-Uran kvadrat aspekti həm münasibətlərdə, həm də gündəlik həyatda gözlənilməz hadisələrə səbəb ola bilər.

Cia.az xəbər verir ki, onun sözlərinə görə, bu dövrdə ani ayrılıqlar, sürpriz tanışlıqlar, azadlıq ehtiyacının artması, eləcə də iş və maliyyə sahəsində gözlənilməz dəyişikliklər yaşana bilər.

Güner qeyd edir ki, xüsusilə sevgi münasibətlərində vəziyyət sürətlə dəyişə bilər. Uzun müddətdir davam edən münasibətlərdə indiyədək diqqətdən kənarda qalan problemlər qəfil üzə çıxa bilər. Partnyorun əvvəllər narahatlıq yaratmayan kiçik davranışları belə ciddi mübahisələrə səbəb ola bilər. Bəzi münasibətlər isə tərəflərin azadlıq istəyinin güclənməsi fonunda ciddi sınaqla üz-üzə qala bilər.

 

Dinçer Güner

Bununla yanaşı, gözlənilməz tanışlıqlar və sürətlə başlayan romantik münasibətlər də gündəmə gələ bilər.

Astroloqun sözlərinə görə, bu gərgin astroloji aspekt münasibətlərdə tərəflərin gözləntilərini daha aydın şəkildə üzə çıxara bilər. Tərəflərdən biri sabitlik və güvən axtardığı halda, digəri daha çox sərbəstlik istəyində ola bilər. Uzun müddət dilə gətirilməyən narazılıqlar, verilən güzəştlər və yığılıb qalan problemlər məhz bu günlərdə açıq şəkildə özünü göstərə bilər.

Son anda planları dəyişmək, əvvəlcədən razılaşdırılmış görüşləri ləğv etmək və ya daha sərbəst hərəkət etmək istəyi güclənə bilər.

Dinçer Güner bu dövrdə tələsik estetik müdaxilələrə və radikal imic dəyişikliklərinə qərar verməməyi tövsiyə edir.

İş həyatında isə gözlənilməz hadisələrin baş verməsi mümkündür. Müştərilərin fikrini dəyişməsi, layihələrin yenidən işlənməsi, iclasların təxirə salınması və ya komanda daxilində qəfil fikir ayrılıqlarının yaranması ehtimal olunan ssenarilər sırasında göstərilir.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.