banner
banner

Gündəm

Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR

Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR

Venesuelada iyunun 24-də ardıcıl baş verən 7,2 və 7,5 bal gücündə dağıdıcı zəlzələlərin nəticələri getdikcə daha da ağırlaşır.

Cia az-in xəbərinə əsasən, Venesuela Rabitə və İnformasiya Nazirliyinin yaydığı açıqlamaya görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 4118 nəfərə çatıb.

Yaralıların sayı 16 740 nəfərdir. İndiyədək 6462 nəfər dağıntılar altından sağ çıxarılıb.

Zəlzələ nəticəsində 856 bina zərər görüb. 17 907 nəfər evsiz qalıb.

İndiyədək 29 966 zərərçəkənə tibbi yardım, 86 794 ailəyə isə humanitar yardım göstərilib. Axtarış-xilasetmə əməliyyatları 3454 beynəlxalq mütəxəssis, 30 076 yerli xilasedici və 29 843 könüllünün iştirakı ilə davam etdirilir.

Zəlzələdən ən çox zərər çəkən bölgələrdən biri olan La-Quayra şəhərində həlak olanların dəfni üçün fövqəladə tədbirlər həyata keçirilib. La Esperanza qəbiristanlığında yaxınlarına çatdırılması mümkün olmayan yüzlərlə insanın dəfni üçün kütləvi məzarlıq sahəsi ayrılıb. Bu məzarlıqda şəxsiyyəti müəyyən edilmiş zəlzələ qurbanları ilə yanaşı, kimliyi hələ də müəyyənləşdirilməyən yüzlərlə insanın cənazəsi torpağa tapşırılıb.

Musavat.com

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

Naxçıvan Muxtar Respublikası ilə Bakı arasında yeganə nəqliyyat dəhlizi olan hava əlaqəsində son aylarda ciddi fasilələr, reyslərin kütləvi şəkildə təxirə salınması və ləğv olunması halları müşahidə edilir. Statistikaya nəzər saldıqda, bu il ötən illərlə müqayisədə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların daha çox ləğv edildiyi görünür.

Səfirlik Bakıda yeni bina tikəcək

Türkmənistanın İnşaat və Memarlıq Nazirliyi Azərbaycanın paytaxtı Bakıda öz səfirliyinin yeni inzibati binasının inşası məqsədilə beynəlxalq müsabiqə elan edib.

SON DƏQİQƏ: Prezident FƏRMAN imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"in təsdiq edilməsi ilə bağlı Fərmanı imzalayıb.