“WhatsApp” sizə bildiriş göndərəcək: Doğum günlərini...
Dünyanın ən populyar mesajlaşma platformalarından olan “WhatsApp” istifadəçilərin yaxınlarının doğum günlərini qaçırmaması üçün yeni bildiriş funksiyası üzərində işləyir.
Tətbiq istifadəçilərin kontakt siyahısındakı şəxslərin yaxınlaşan doğum günləri barədə birbaşa bildiriş göndərəcək.
Beləliklə, istifadəçilər əlavə təqvim tətbiqlərindən istifadə etmədən xüsusi günləri asanlıqla xatırlaya biləcəklər.
Yeni funksiyaya əsasən, istifadəçilər doğum tarixlərini istəyə bağlı şəkildə profillərinə əlavə edə biləcəklər. Doğum günü məlumatının kimlər tərəfindən görünəcəyi isə məxfilik funksiyaları vasitəsilə istifadəçinin nəzarətində olacaq.
Kontakt siyahınızda olan şəxsin doğum günü gəldikdə, “WhatsApp” sizə xüsusi bildiriş göndərəcək və onu təbrik etməyi xatırladacaq.
Qeyd edək ki, platforma son dövrlərdə istifadəçi adları, süni intellekt funksiyaları və təkmilləşdirilmiş axtarış imkanları kimi yenilikləri istifadəyə verərək profil və ünsiyyət funksiyalarını daha da zənginləşdirir.
Hazırda doğum günü bildirişi funksiyası məhdud sayda Android beta istifadəçisi arasında sınaqdan keçirilir. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə hələlik açıqlanmayıb./Qafqazinfo
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.