Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu - Fotolar
Qara dənizdə azərbaycanlı dənizçilərin də olduğu "Mukhtar Gasımlı" adlı quru yük gəmisi dron hücumuna məruz qalıb.
Cia.az xəbər verir ki, IMO 9311892 nömrəli gəmi iyulun 22-də Kerç boğazının cənubunda pilotsuz uçuş aparatı ilə hədəf alınıb.
İlkin məlumatlarda hücumun nəticələri ilə bağlı rəsmi açıqlama verilməsə də, sonradan məlum olub ki, hadisə zamanı gəmidə olan azərbaycanlı dənizçilər də daxil olmaqla ekipaj üzvləri arasında ölən və ya yaralanan olmayıb.
Bildirilir ki, hücumdan sonra "Mukhtar Gasımlı" təhlükəsiz şəkildə Türkiyənin Sinop limanına çatıb.
Qeyd edək ki, son günlər Qara dəniz və Kerç boğazı ətrafında pilotsuz uçuş aparatlarının hücumları intensivləşib. Bu da bölgədə üzən mülki gəmilərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 92,6 min nəfər olub. Xüsusilə körfəz ölkələrindən gələn turistlərin sayında 31,4 faizlik azalma qeydə alınıb.