Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir – red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyib və onlar arasında mübahisə yaranıb.
Mübahisə zamanı Elvin Mirkamilə onunla zarafat etməsini irad tutub. Mirkamil isə ona “Kişi deyilsən?” sualını verib. Nəticədə mübahisə böyüyüb və Elvin Mirkamilə şillə vurub. Şillədən əsəbiləşən Mirkamil Elvinə yumruq zərbələri endirməyə başlayıb. Hadisə nəticəsində Elvin yıxılıb və başı betona dəyib. O, ağır xəsarət alaraq komaya düşüb, xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Mirkamil Mirislamov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Mirislamov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib./oxu.az
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.
Oktyabr ayında keçid dövrünə xas hava şəraiti müşahidə edilir. İsti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu yüksəlir.
Yağışlı və dumanlı hava həftəsonu yollarda təhlükəli vəziyyət yarada bilər. Sürücülərə sürət həddinə, ara məsafəsinə və manevr qaydalarına xüsusi diqqət yetirmək tövsiyə olunur.