banner
banner

Sİyasət

Ərdoğan sonuncu dəfə prezidentliyə namizəd olacaq - Tarix açıqlandı

Ərdoğan sonuncu dəfə prezidentliyə namizəd olacaq -

Türkiyədə növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi gözlənilir. Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum onun növbəti seçkidə də namizəd olacağını bildirib.

Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Uçum seçkilərin vaxtı ilə bağlı açıqlama verib.

O, növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel ayında keçirilməsinin böyük ölçüdə dəqiqləşdiyini qeyd edib.

Uçum Ərdoğanın namizədliyi ilə bağlı isə bunları deyib:

“Növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel ayında keçirilməsi böyük ölçüdə dəqiqləşib. Prezident Rəcəb Tayyib Ərdoğan növbəti seçkidə sonuncu dəfə namizəd olacaq”.

Qeyd edək ki, seçkilərin dəqiq tarixi ilə bağlı rəsmi qərar barədə məlumat açıqlamada yer almayıb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident İlham Əliyevdən MÜHÜM FƏRMAN

Prezident İlham Əliyev "Rəqəmsal rabitə" informasiya sisteminin (RRİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Türkmənistan Prezidenti Azərbaycana GƏLDİ

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.