Yanğında “qəhrəman” olan fəhlənin atası- “Əqli çatışmazlığı var”+Video
Azadlıq prospektində çoxmərtəbəli binada yanğın zamanı dörd nəfəri xilas etdiyini iddia edən fəhlə Kamran Babayevin atası oğlunun bu iddiasını təkzib edib.
Cia.az xəbər verir ki, Uğur Babayev APA TV-yə verdiyi açıqlamada oğlunun əqli çatışmazlığının olduğunu deyib: “Oğlumun bir az əqli çatışmazlığı var. Əsgərliyə çağıranda tibbi komissiya Bakıya, psixi dispanserə göndərmişdilər. Burada onun əqli çatışmazlığı olduğuna qərar verdilər”.
Ağsu rayonunda yaşayan Uğur Babayev oğlunun yanan binadan dörd nəfəri xilas etdiyi barədə iddialarını telekanaldan izlədiyini deyib: “Televizorda onun şəklini gördüm. Əllərini göstərir, deyir ki, ayaqları yanıb. Amma əllərində heç nə yoxdur”.
Uğur Babayevin sözlərinə görə, oğlunu açıqlama verməyə razı olsa da, sonradan su almaq bəhanəsi ilə qaçıb: “Oğlumla burada idik. Dedi bura dəyib gəlirəm, qaçıb. Hərəkətlərində bildirir ki, çatışmazlıq var. Rayonda olanda, öz yanımda olanda bilirdim ki, yalan danışmağı sevir, nə deyir, yalan deyir”.
Uğur Babayev qeyd edib ki, oğlu uşaq vaxtı ürəkkeçmədən əziyyət çəkib və buna görə müalicə götürüb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.