banner
banner

Gündəm

Ziya Məmmədov və İlqar Əliyevin adı - "qara siyahı"da

Ziya Məmmədov və İlqar Əliyevin adı -

Vergilər Nazirliyi vergi borcu olanların siyahısını yeniləyib. Bunların sırasına bir neçə məşhur, o cümlədən oliqarx ailələrinə məxsus şirkət daxil olub.

Məsələn, “Royal İsteyt” MMC (daşınmaz əmlakın idarə edilməsi) nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus “Garant Holding” qrupuna daxildir. “Transqeyt” nəqliyyat şirkəti və “Bakı” futbol klubu da vergilərini ödəmir...

“Riyad-Farm” MMC də Vergilər Nazirliyinin qara siyahısındadır. Bu şirkət prezidentin əmisi oğlu İlqar Əliyevə aiddir. Şirkətin 20 filialı və geniş apteklər şəbəkəsi (Bakı və rayonlarda 40 aptek) var. 1998-ci ildə yaradılan şirkətdə 2,4 min işçi çalışır.

“İmpresa S.P.A” (İtaliya) yol-tikinti şirkətinin Azərbaycan filialı da vergiləri vaxtında ödəmir.

Siyahıya 450 şirkət və fiziki şəxs, eləcə də bir sıra xarici şirkətlərin filial və nümayəndəliyi düşüb. Vergilər Nazirliyinin məlumatına görə, dövlət və büdcə müəssisələri və təşkilatları da vergidən yayınır. Borc məbləği açıqlanmır. Hərçənd qanunvericiliyə görə, bu, kommersiya sirri deyil 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.