Nehrəmli milyonluq maşınlarını satışa qoydu - FOTOLAR
Son günlər başı üzərində "qara buludlar dolaşan" tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb. Hacı İbrahim bu məqsədlə rəhbəri olduğu "Avesta" şirkəti ilə yanaşı, bir çox əmlkanı da satışa qoyub. Dünən Hacı İbrahimin özünün idarə etdiyi "Bentley" markalı avtomobilin Bakıdakı "Bentley" servisdə satışa qoyulduğunu görənlər olub.
Əldə edilən məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb. Həmin avtomobillər arasında son model "Rolls Royce-Phantom" (1 milyon dollar), "Range Rover" (180 min), "Nissan Patrool" və digər model maşınlar da mövcuddur.
Qeyd edək ki, "Bentley" markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi "Bentley" sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib; təxminən 300 min dollar…
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.