banner
banner

Gündəm

Saxlanıldığı deyilən bankirdən açıqlama: Dincəlirəm

Saxlanıldığı deyilən bankirdən açıqlama:
“Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib.
Cia.az xəbər verir ki, Fərid Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən dindirildiyi və həbs edildiyi barədə mətbuatda yazılanlar həqiqəti əks etdirmir.
"Mənim həbs olunmağım və həbs olunarkən guya iş otağımdan 4 milyon ABŞ dollarının götürülməsi ilə bağlı mətbuatda yayılan xəbərlər yalandır. Nə dindirilmişəm, nə də həbs olunmuşam. Bu saytlar həmin xəbərləri nəyə əsasən yazıb, başa düşə bilmirəm. Məni dindirmək üçün heç bir yerə aparmayıblar. Dünən işdə olmuşam. Hal-hazırda iş günü olmadığına görə, mən evdəyəm, istirahət edirəm. Bazar ertəsi işdə olacağam. İstəsəniz gələrsiniz, görüşərik. Lazımdırsa, indi də görüşə bilərik”.
F. Məmmədov əlavə edib ki, onun rəhbərlik etdiyi filialda heç bir hüquq-mühafizə orqanı tərəfindən yoxlama aparılmayıb.
Qeyd edək ki, F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.