banner
banner

Gündəm

Bakıdan Barselonaya təyyarə reysi açıldı - FOTOLAR

Bakıdan Barselonaya təyyarə reysi açıldı -
“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Barselona-Bakı marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirib.
Mayın 23-də Bakıdan Barselonaya uçan “Airbus-319” təyyarəsi “De Logregat” Beynəlxalq aeroportunda eniş edib. Saat 07.00-da havaya qalxan təyyarə Bakı vaxtı ilə 12.10-da uçuş məntəqəsinə çatıb. İlk reyslə 88 sərnişin uçub.
Bu reysin açılması sərnişinlərin ürəyincə olub. “Ailəmlə uçuram, İspaniyaya birbaşa reysin açılmasına çox məmnun oldum. Əvvəl tranzitlə uçmağa məcbur olurduq. İndi vaxt itirmədən birbaşa Barselonaya uça bilik. AZAL-ın xidmətlərindən razıyam”, - deyə sərnişin Fariz Əliyev bildirib.
Təyyarə Barselonada endikdən sonra hava limanında ilk reysin sərnişinləri üçün təqdimat keçirilib. Mərasimdə həmçinin Barselonadan Bakıya uçan sərnişinlər yola salınıb.
“Bu reys Azərbaycanın Avropaya açılan daha bir yeni qapısıdır”, - deyə AZAL-ın Keyfiyyət İdarəsinin rəisi Pərvin Qurbanov bildirib: “Bakıdan Barselonaya ilk uçuş yüksək səviyyədə həyata keçirildi. Bu reys mövsümidir, yaxın vaxtlarda Bakıdan digər istiqamətlərdə də reyslərin açılması gözlənilir”.
İspaniyanın “Gerona” turizm şirkətinin marketinq üzrə direktoru Jaume Main də Bakı-Barselona-Bakı reysinin açılmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu, Azərbaycan və İspaniya arasında qarşılıqlı turizmin inkişafına töhfə verəcək. “Birbaşa aviareysin olması azərbaycanlı turistlərin İspaniyaya, ispaniyalı səyahətçilərin isə Azərbaycana rahat gedib-gəlməsinə şərait yaradacaq. Bakı qədim tarixi olan, çox təmiz, qonaqpərvər şəhərdir. İnanıram ki, Bakıya bir dəfə səyahət edən ispaniyalı turistlər bu reys sayəsində ölkənizə tez-tez gələcəklər”, - deyə o qeyd edib.
Bakı-Barselona-Bakı marşrutu üzrə uçuşlar hələlik həftədə bir dəfə, şənbə günləri həyata keçirilir. Bu reyslə uçmaq istəyənlərin sayında artım olduğu təqdirdə reyslərin sayının da çoxaldılması nəzərdə tutulub.
 
  • Bakıdan Barselonaya təyyarə reysi açıldı (FOTO)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir361/img1820477.jpg' target='_blank'>Yüklə</a>
  • Bakıdan Barselonaya təyyarə reysi açıldı (FOTO)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir361/img1820478.jpg' target='_blank'>Yüklə</a>
  • Bakıdan Barselonaya təyyarə reysi açıldı (FOTO)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir361/img1820479.jpg' target='_blank'>Yüklə</a>
  • Bakıdan Barselonaya təyyarə reysi açıldı (FOTO)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir361/img1820480.jpg' target='_blank'>Yüklə</a>
  • Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.