Amerikalı teleulduz Kim Kardaşyanın ən yaxın rəfiqəsi və prodüseri Azərbaycanda səfərdə olub.
Bir həftə əvvəl ölkəmizə səfərə gələn 30 yaşlı Carla Dibello Qəbələdə istirahət edib və səfər fotolarını sosial şəbəkə hesabında yerləşdirib.
Kardaşyanın rəfiqəsi səfəri təşkil etdiyi üçün elə həmin günlərdə Qəbələdə dincələn ərəb şahzadəsi Bin Rogis Ghadirə təşəkkürünü bildirib.
Qeyd edək ki, Carla Dibello məşhur televiziya və kino prodüseridir. Valideynləri italiyalı və amerikalı olan Dibello ilk karyerasına 21 yaşı olanda başlayıb. O, Al Paçino, Robert De Niro, Salma Hayek, John Travolta və Skarlet Johanssonun baş rollarda oynadığı 11 bədii filmin istehsalına yardım edib.
2009-cu ildən televiziyaya gələn Dibello Kardaşyan ailəsinin apardığı bir sıra teleşoulara prodüserlik edib. Hazırda da Kim Kardaşyanın ən yaxın rəfiqəsidir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.