İyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı hərəkətin tənzimlənməsi, keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nəqliyyat Nazirliyi sosial reklam xarakterli kampaniyaya start verib. “Məsuliyyətli piyada qaydanı pozmur” devizli xüsusi yazılar paytaxtın küçə və prospektlərində 60-dan artıq yerdə asfalt üzərinə həkk edilir.
Bakıda yol təhlükəsizliyini təbliğ etmək məqsədi daşıyan bu kampaniya sürücülərə və piyadalara mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, xüsusi olaraq piyadalara yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğunu təbliğ edir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.