Moskvada “Crocus City Hall”da Ru.TV-nin beşinci mükafatlandırma mərasimi baş tutub. Gecədə mükafata layiq görülənlər arasında müğənni-bəstəkar Emin də yer alıb. Onun rusiyalı ifaçı Svetlana Loboda ilə birlikdə səsləndirdiyi “Smotriş v nebo” (“Göyə baxırsan”) mahnısı “İlin dueti” nominasiyası üzrə birinci olub.
Eminin adı yazılmış köynək geyinən pərəstişkarları əllərində şarlar və kağızlarla ona sürpriz hazırlayıb, müğənnini təbrik ediblər.
Gecədə mükafat alanlar arasında Ani Lorak, Sergey Lazarev, “Serebro” və başqaları olub.
Qeyd edək ki, Emin müsabiqədə beş nominasiya üzrə yarışırdı: "Ən yaxşı duet" (Svetlana Loboda - "Smotriş v nebo"), "Ən yaxşı mahnı" ("Ya luçşe vsex jivu"), "Ən yaxşı müğənni", "Ən yaxşı konsert proqramı", "Sevənlər və sevməyənlər".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.