Bakıda böyük bədbəxtliyin qarşısı alındı- Foto+Yenilənib
Bakının Sabunçu rayonunda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda 500 kv.m sahədə mazut qarışıqlı məişət tullantıları yanıb.
Yaxınlıqdakı tikililər və mazut gölməçəsi yanğından mühafizə olunub. Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Saat 09:47
Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda, dəmiryolu xəttinin yaxınlığında güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğındam Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə Qanbay Vəzirov küçəsində, dəmiryolu xəttinin yaxınlığında qeydə alınıb.
Saat 08:44-da məlumat daxil olan kimi hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Müəyyən olunub ki, yanğın dəmiryolunun yaxınlığında mazutun yığıldığı ərazidə qeydə alınıb.
Təcili təhlükəsizlik tədbirləri görülüb. Yanğının dəmiryolu xəttinə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Yanğın söndürülüb.
Qeyd edək ki, ərazidə benzin və neft daşıyan vaqonlar olub. Yaxınlıqda isə yaşayış evləri var. Faktla bağlı araşdırma aparılır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.