banner
banner

Gündəm

Ədliyyə Nazirliyi ADR-i qeydiyyata almadı

Ədliyyə Nazirliyi ADR-i qeydiyyata almadı

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb.
Cia.az-ın məlumatına görə, bu barədə Qubad İbadoğlu "Amerikanın Səsi"nə açıqlama verib.
O, Ədliyyə Nazirliyinin cavabını siyasi qərar adlandırıb: "Əslində, baş verənlər bizim üçün gözlənilən idi. Ədliyyə Nazirliyinin qərarı hüquqi müstəvidə deyil, siyasi əsasda verəcəyinə şübhəmiz yox idi. Sənədlərin hazırlanması və təqdimatı prosesi ADR Hərəkatının üzvü olan hüquqşünaslarla məsləhətləşərək müvafiq qanunvericiliyə uyğun həyata keçirilsə də, Ədliyyə Nazirliyi ADR Hərəkatını qeydiyyata almaqdan imtina etmiş və bəzi texniki iradlarla sənədləri geri qaytarmışdır. Həmin iradlar nəzərə alınmaqla ADR Hərəkatının sənədlərini yaxın günlərdə yenidən qeydiyyata təqdim edəcəyik. Bu istiqamətdə fəaliyyətimizi Azərbaycan qanunvericiliyi əsasında davam etdirmək niyyətindəyik. Yenidən qeydiyyatdan imtina olunarsa, o halda ADR Hərəkatının İdarə Heyətinin qərarları əsasında növbəti addımlarımızı müəyyənləşdirəcəyik."

Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları "Azərbaycan Demokratiya və RifahA (ADR) Hərəkatının yaradılması haqqında 2014-cü il dekabrın 4-də bəyannamə yayıb. 2015-ci il fevralın 21-də təsis konfransı keçirilib.

Bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.