banner
banner

Gündəm

Türkiyəli jurnalist Azərbaycandan xahiş etdi

Türkiyəli jurnalist Azərbaycandan xahiş etdi

Millət vəkili Qənirə Paşayeva Türkiyədə jurnalistlər tərəfindən mükafatlandırılıb.

Cia.az-ın məlumatına görə, Gap Gazeteciler Birliyi başqanı Zeynelabidin Kıymaz mükafatı və plaketi  təqdim edərkən bildirib ki, Q. Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır, onların problemlərini beynəlxalq tribunalardan səsləndirir  və eyni zamanda Xocalı Soyqırımı həqiqətlərinin dünyaya yayılması, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə istiqamətində yorulmadan çalışır.

O, millət vəkilindən Azərbaycan dövlətinə Adıyaman bölgəsinin xahişini çatdırmasını da xahiş edib və bildirib ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərində misilsiz rol oynamış Heydər Əliyevin adını daşıyan bir məktəbin istifadəyə verilməsi üçün Azərbaycan dövlətindən dəstək verilməsini xahiş edirlər.

Mükafat üçün təşəkkürünü bildirən millət vəkili "bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik" deyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.