Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” günü qeyd edilir. 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin XI siniflərini 90 557 şagird bitirir. Onlardan 20 min 501 nəfəri isə Bakının payına düşür. Bir çox məktəblər kimi Yasamal rayonunda yerləşən 132 saylı orta məktəbdə də “Son zəng” tədbiri təmtəraqlı təşkil edilib. Bu məktəbdə 89 şagird üçün çalınan son zəng xüsusi şəkildə təşkil edilmişdi. Şagirdlərin üzündəki sevinc və həyəcan hissi bir-birinə qarışmışdı.
“Son zəng”də müəllimlərilə vidalaşan şagirdlərlə yanaşı, deyib-gülən, əylənən, dostları ilə xatirə fotoları çəkdirənlər də var idi.
Qeyd edək ki, 5 günlük məktəblərdə sonuncu zəng mayın 29-da, 6 günlük məktəbdə isə ayın 30-də keçiriləcək. Təhsil Nazirliyindən bildirdilər ki, hər il olduğu kimi bu ildə son zəng ancaq məktəblərdə qeyd olunacaq.
Paytaxtın orta məktəblərində təşkil ediləcək “Son zəng” tədbirləri ilə əlaqədar yol polisi 29-u və 30-u may tarixlərində gücləndirilmiş iş rejiminə keçəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.