banner
banner

Sosİal

Son iki qəbul imtahanında- 26 nəfər 600-dən yuxarı bal toplayıb

Son iki qəbul imtahanında-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 17-si və 24-də keçirilmiş  qəbul imtahanları ilə bağlı statistik məlumat açıqlayıb.

TQDK-ın mətbuat xidmətindən verilən məlumata görə, mayın 17-də (II və III ixtisas qrupları üzrə) və 24-də (I və IV istisas qrupları üzrə) ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanlarında ümumilikdə 29004 abituriyent iştirak edib.

Qeyd edək ki, ilkin müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qruplarında (ödənişli əsaslarla olan ixtisaslar üzrə) müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar.

Əvvəlki illərin məzunu olan abituriyentlərin imtahan nəticələrinin qruplar üzrə təhlilinə görə, I ixtisas qrupu üzrə imtahanda iştirak etmiş 11874 abituriyentdən cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplayıb. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və maksimal nəticə 647 baldır.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmiş 7224 nəfərdən 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplayıb. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.

III ixtisas qrupu üzrə imtahanda iştirak etmiş 7812 iştirakçıdan  1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplayıb. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.

IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etmiş, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplayıb. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.