Bu gün Milli Şura Yasamal rayonundakı “Məhsul” stadionunda mitinq keçirir. “Xilas olaq” şüarı altında keçirilən aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən razılıq verilib. Mitinqdə Binəqədi rayonundakı 16 mərtəbəli binada baş verən yanğın hadisəsi barədə fikirlər səsləndirilib. Stadiona yığışan mitinq iştirakçıları Azərbaycan bayraqları və müxtəlif şüarlar yazılmış plakatlar açıblar.
Ölkədə baş verən devalvasiya nəticəsində yaranan bahalaşmaya və məmur özbaşınalığına da etiraz edilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.