Bakıda Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılır. Ona görə də həmin zonalarda rəsmi icazəsi olmayan şəxslərin nəqliyyat vasitələrini saxlaması bir ay müddətinə qadağan edilir.
Bununla bağlı qadağalar mayın 31-dən iyunun 1-ə keçən gecə qüvvəyə minir. Hətta həmin ərazilərdəki parkomatların fəaliyyəti də dayandırılır. Bu zonalarda avtomobillərini yalnız parklanmaya xüsusi icazə sənədi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq mənzil - kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər dərhal təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Bu qadağa bir ay ərzində, iyulun 1- dək qüvvədə olacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) isə bildiriblər ki, ümumiyyətlə, bu günlərdə paytaxt ərazisində qeyri-qanuni parkinq edən sürücülərə qarşı mübarizə tədbirləri gücləndiriləcək. Bu məsələlərə ciddi nəzarət olunacaq və qaydanı pozanlar qanunvericiliklə cəzalandırılacaqlar. Ona görə də, sürücülərə yollarda narahatlıqlardan və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.