banner
banner

Şou

"Barlarda oxumaq təklifi gəlir" - Günel

"Barlarda oxumaq təklifi gəlir" -

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova yeni mənzilə köçüb.
İfaçı bu haqda “Onlar”a açıqlamasında deyib:
“İstanbulda Fulyada qalırdım. İndi Maslaka köçmüşəm. Səkkiz ildir orada yaşayırdıq. Əşyalarımız çox idi. Öz evimiz deyil. Artıq mənzil almağı düşünürəm. Hələ də paltarlarımı yeni evə yerləşdirə bilməmişəm. Gələcəkdə geyimlərimi satışa çıxarmağı düşünürəm. Əldə edəcəyim gəliri isə xeyriyyə məqsədiylə xərcləyəcəm”.
Yeniliklərindən danışan G.Zeynalova türkiyəli ifaçı Gülşəndən mahnı alacağını bildirib:

“İfa tərzimdə dəyişiklik etməyi düşünürəm. Gülşəndən, Soner Sarıkabadayıdan mahnılar alacam. Son günlər menecerim yoxdur. Bütün işimi özüm edirəm. Bundan sonra da kiminləsə çalışmağa ehtiyacım yoxdur. Albomumu bir şirkətə həvalə edəcəm. Barlarda oxumaq təklifi gəlir, amma istəmirəm. Bir az ara verib, yeni mahnılarımla turneyə çıxmaq istəyirəm”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.