banner
banner

Sosİal

Çimərliklərimizi təmiz saxlayaq!":- Buzovnada aksiya

Çimərliklərimizi təmiz saxlayaq!":-

Sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsi müasir dövrün ən aktual ekoloji problemlərindən biri hesab olunur. Belə ki, sahillərdə təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, dəniz ətraf mühitinin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.
Təəssüf ki, qeyd olunan problem bütün dünyada olduğu kimi, ölkəmizdə də müşahidə olunur. Çimərlik mövsümündə Xəzər sahillərinin ziyarətçilər tərəfindən zibillənməsi bir çox ağır fəsadlara yol açır.
Məsələnin aktuallığını nəzərə alaraq, IDEA İctimai Birliyi hər il Bakı çimərliklərində yüzlərlə gəncin iştirakı ilə sosial aksiyalar təşkil edir. Bu ənənənin davamı olaraq, mayın 30-da IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC tərəfindən Buzovna çimərliyi ərazisində “Çimərliklərimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirilib.

Tədbirin məqsədi çimərlik ərazilərindəki tullantıların toplanması, gənclərin təbiətin təmiz saxlanılmasına cəlb olunması, eyni zamanda, insanları ətrafı zibilləməməklə bağlı çağırışlar etmək olub.

Aksiya zamanı iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunub və topladıqları tullantıları çeşidləyərək, çimərliklərdə ən çox müşahidə olunan zibilləri aşkarlayıblar. Bütün tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Çimərlik və istirahət mövsümünün yaxınlaşması ilə əlaqədar, IDEA İctimai Birliyi hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən qayğıkeş şəkildə istifadə etməyə və gələcək nəsillərin sağlamlığı naminə ətraf mühitə zərər vurmamağa çağırır.






Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.