banner
banner

Şou

Tanınmış müğənni dünyasını dəyişdi

Tanınmış müğənni dünyasını dəyişdi
1990-cı illərin məşhur müğənnisi Natalya Laqoda 49 yaşında Luqanskda dünyasını dəyişib. 
Sənətçinin ölümünün qeyri-rəsmi səbəbi kimi alkoqol asılılığı göstərilir. 
Qeyd edək ki, Natalya Ukraynada anadan olub. 1990-cı illərdə o, Moskvaya köçərək Aleksandr Karmanov adlı iş adamı ilə ailə qurur. Həyat yoldaşının dəstəyi ilə karyerasına başlayan N.Laqoda hitləri ilə məşhurlaşır. Lakin Natalya ərinin “Blestyaşie” qrupundan olan müğənni Olqa Orlova ilə münasibətindən sonra yaradıcılığında geriləməyə başlayır. 

O vaxt 25 yaşı olan ifaçı intihara cəhd etmiş və özünü 5-ci mərtəbədən atmışdı. Möcüzə sayəsində sağ qalan N.Laqoda həmin hadisədən sonra bir daha səhnəyə çıxmamış və vətəninə qayıdaraq Luqanskda yaşamağa başlamışdı.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.