banner
banner

Sosİal

Mətbuat Şurası təqdimat keçirdi

Mətbuat Şurası təqdimat keçirdi

Bu gün Mətbuat Şurasının (MŞ) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Qafqaz Universitetinin professoru Minəxanım Təkləli Nuriyevanın “Sarı gəlin” kitabının təqdimat mərasimi keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının mənəvi dünyasını zənginləşdirən sənət nümunələrinin yaşadılması son dərəcə mühüm addımdır və istər media, istərsə də ictimaiyyət bu vəzifənin icrasına böyük yer verməlidir: “Təqdimatı keçirilən nəşr hamımızın yaxından tanıdığı, professor Minəxanım Nuriyevanın çoxillik elmi axtarışlarının nəticəsidir. Müəllif öz işinə son dərəcə məsuliyyətlə yanaşaraq xalq mahnılarımızdan ibarət toplu formalaşdırıb. Düşünürəm ki, bu toplu keçmişimizlə müasir həyatımızın vəhdətini yaradan dəyərli məxəzdir”.

“Kaspi” Şirkətlər Qrupunun rəhbəri, “Kaspi” qəzetinin təsisiçisi Sona Vəliyeva təqdimatı keçirilən kitabı türk dünyasının mənəvi zənginliyini təsdiqləyən nəşr kimi xarakterizə edib.

Daha sonra digər qonaqlar çıxış edib və mövcud sahədəki neqativ halların aradan qaldırılması üçün orijinal mətnlərin toplandığı “Sarı gəlin” kitabının geniş yayılmasının vacibliyini diqqətə çatdırıblar.

Sonda çıxış edən Minəxanım Təkləli Nuriyevə yaradıcılığına verdikləri dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.