“Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyevanın həyat yoldaşı ilə yeni fotoları yayılıb.
Cia.az-ın məlumatına görə, sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran keçmiş ifaçının şəkilləri sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, cütlüyün İsgəndər adında bir oğlu var. S.Əliyeva ailə qurduqdan sonra sənətdən gedib. O, hazırda İstanbulda yaşayır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.