Rusiya prezidenti Vladimir Putin "Bakı 2015"ə görə Rusiya kanallarını tənqid etdi. Cia.az-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Azərbaycanda keçiriləcək I Avropa Oyunları barədə danışan Rusiya lideri oyunlara kifayət qədər yer verilmədiyini, işıqlandırılmadığını deyib.
“Bu necə ola bilər? Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə yazıb göndərib ki, Rusiyada heç bir kütləvi informasiya vasitəsi Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını yayımlamaq istəmir. Heç bir kanal? Axı bu, necə ola bilər? Bu dünya miqyasında bir yarışdır.
Mən anlayıram, büdcə ilə bağlı məhdudiyyətlər var. Amma vacib məsələlər var. Bu dünya idman tarixinə düşəcək hadisədir - tarixdə ilk Avropa Olimpiya Oyunlarıdır”.
O, bu gün informasiya təminatının hər şeyə rəğmən mükəmməl olmadığını da deyib.
Xatırladaq ki, Bakıda I Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də baş tutacaq. Açılış mərasimində Rusiya prezidentinin də iştirakı gözlənilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.