banner
banner

Gündəm

Bakıda “Oyun zolağı”nın yeri dəyişdirilir

Bakıda “Oyun zolağı”nın yeri dəyişdirilir

Bakıda salınan “Oyunlar zolağı”nın yeri dəyişdirilir. Bu barədə sosial şəbəkələrdə məlumatlar verilib.

Verilən məlumatlara görə, bir neçə ərazilərdə çəkilən zolaqların yeri səhv olub. Zolaq səhv çəkildiyi üçün onlar silinib və yeniləri çəkilib.

Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin ANS PRESS-ə verdiyi məlumata görə, əslində yayılan xəbərlər bir az şişirdilib. Onun sözlərinə görə, yalnız bir ərazidə çəkilən “Oyun zolağı”nın yeri dəyişdirilib.

“Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında çəkilən “Oyun zolağı” soldan sağa dəyişdirilib. İlk dəfə zolağı sol tərəfdən çəkmişdilər. Sonradan həmin ərazidə tıxac yarandı. Tıxacın qarşısını almaq və yolda təhlükəsizlik tədbirlərini gücləndirmək üçün “Oyun zolağı” soldan sağa keçirilib”, - deyə Anar Nəcəfli bildirib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.