banner
banner

Sosİal

Qurban Yetirmişli: “Təkanlar davam edəcək"

Qurban Yetirmişli: “Təkanlar davam edəcək"

“Zəlzələ baş verən ərazi qayalıq oduğu üçün özülü daha möhkəmdir. Bu səbəbdən, indi baş verən yeraltı təkanlar ərazidə dağıntılara səbəb ola bilməz”. 

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün Şamaxı və İsmayıllıda baş verən zəlzələlər barədə açıqlama verərkən bildirib. Onun sözlərinə görə, yalnız ərazidə köhnə tikililər xəsarət ala bilər.

Azərbaycanlı alimin sözlərinə görə, həmin ərazilərdə yeraltı təkanlar davam edir və bundan sonra da davam edəcək: “Zəlzələnin gücü 12 ballıq cədvəllə 5 bal gücündə hesablanır. Yeraltı təkanlar 13 km. dərinlikdə qeydə olub. Bu çox dərin deyil. Təkanlardan sonra çoxsaylı afterşoklar olacaq. Afterşoklar 4 və 6 km. dərinlikdə qeydə alınır. Bu səbəbdən də əhali tərəfindən hiss olunur”.

Qurban Yetirmişli qeydə alınan zəlzələlərin Bakı üçün təhlükəsiz olduğunu qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ qeydə alınıb. Birinci yeraltı təkanlar 14:32-də Şamaxı ərazisində Şamaxı-İsmayıllı sərhəddində qeydə alınıb. İkinci təkanlar 15:06-da İsmayıllı rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanlar 5 bal gücündə olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.