banner
banner

Şou

Bu gün onların doğum günüdür - FOTOLAR

Bu gün onların doğum günüdür -

4 iyun bir neçə tanınmış ulduzun doğum günüdür.

Ancelina Coli 1975-ci ildə anadan olub. Onun atası "Oskar"lı aktyor Con Voyt, anası isə sadəcə iki filmdə oynayan aktrisa Marşelin Bertrandır. C.Voyt slovakiyalı və alman qanı daşıyır. Ancelinanın anası isə Kanadada yaşayan fransız nəslindəndir.

Colinin ilk filmi atasının iştirak etdiyi "Lookin to get out" (1982), hələlik sonuncu filmi isə "Malifisent"dir.

Coli iki dəfə boşandıqdan sonra aktyor Bred Pitlə ailə qurub. Cütlüyün Maddoks, Paks və Zahar adlı üç övladlığı, Şilo, Konks və Vivyen adlı isə bioloji övladları var.

Aktrisa keçən il "Unbroken" adlı filmin rejissorluğunu edib. Hazırda isə B.Pittlə bir yerdə "By the sea" ("Dəniz tərəfdən") filminə çəkilir. O, bir dəfə "Oskar" mükafatını, üç dəfə isə "Qızıl Qlobus"u qazanıb. Tarix ərzində bu mükafatı üç dəfə qazanan yeganə aktrisadır.

Fahriye Evcen 1986-cı ildə anadan olub. Uşaqlığını Almaniyada keçirib. Solingen şəhərində alman millətçilərin türklərin evlərini yandırdığını zamanda Evcenin ailəsi diqqət çəkməmək üçün evin işığını söndürüb otururmuşlar.

"Yapraq dökümü" serialındakı Necla obrazı ilə ulduzu parlayan aktrisanın ilk filmi "Cənnət"dir. "Çalıkuşu" serialının remeykində Fəridə obrazı ilə daha da məşhurlaşan Fahriye hazırda aktyor Burak Özçivitlə sevgilidir. Bundan əvvəl isə o, müğənni Özcan Denizlə sevgi münasibəti yaşayırdı.

Kerem Bürsin 1987-ci ildə anadan olub. Şotlandiya, İndoneziya, BƏƏ, Malaziya, ABŞ kimi ölkələrdə yaşayan aktyor Hollivud-Türk ortaq çəkilən filmlərdə oynamaqla məşhurlaşıb.

Türkiyə tamaşaçısı onu "Güneşi Beklerken", "Şeref Meselesi" seriallarından sonra daha yaxşı tanıyıb.

 
 


 

 

 

 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.