banner
banner

Sosİal

“Azərsu” ASC gücləndirilmiş iş rejiminə keçib

“Azərsu” ASC gücləndirilmiş iş rejiminə keçib

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə əlaqədar gücləndirilm iş rejimdə işləyir.

“Azərsu” ASC sədrinin 12 noyabr 2014-cü il tarixli əmri ilə komissiya və daimi fəaliyyət göstərən qərargah yaradılıb. Məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Yaranacaq problemlərin və baş verə biləcək qəzaların operativ həlli məqsədilə 3 ixtisaslaşmış qəza briqadası yaradılıb. Onlar xüsusi texnika, maşın və mexanizm, lazımi mal-material və avadanlıqlarla təmin olunub.

Bununla yanaşı hər bir rayon Sukanal İdarəsinin Su və Kanalizasiya üzrə qəza briqadaları da 24 saat fəaliyyət göstərir.

Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar qəza briqadalarını əməkdaşlarına nəzəri və praktiki təlimlər keçirilib.

“Biz öz obyektlərimizdə monitorinqlər aparmışıq. Su mənbələrimizdə, magistral xətlərimizdə, anbarlarımızda, nasos stansiyalarımızda, eləcə də məhəllədaxili anbarlarımızda. Mövcud vəziyyəti bir daha təhlil etmişik. İndiyə qədər nələr lazımdırsa, buna uyğun tədbirlər həyata keçirmişik. Məqsəd Belə Avropa Oyunları günü istər idman arenalarında, istərsə də ictimai-iaşə və turizm obyektlərin su təchizatında heç bir problemlər yaranmasın”, – deyə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Eyni zamanda Bakı və Mingəçevir şəhərlərində mehmanxanaların, yarışların keçiriləcəyi idman obyektlərinin, Olimpiya kəndinin, ictimai-iaşə və turizm obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinə aidiyyatı qurumlarla birlikdə baxış keçirilib. Bu obyektlərin dayanıqlı içməli su təchizatının aparılması üçün müvafiq tövsiyələr verilib.

“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları idman, ictimai iaşə obyektləri, mehmanxanalar və müəyyən olunmuş digər yerlərdən mütəmadi nümunələr götürərək analizlər aparır. Bununla da içməli suyun keyfiyyəti daim nəzarətdə saxlanılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.