banner
banner

Gündəm

Rusiya Azərbaycana daha çox silah sata bilər

Rusiya Azərbaycana daha çox silah sata bilər

"Rusiyanın "Texmaş" konserni döyüş sursatlarının ixrac payını 45%-ə qədər artırmağı planlaşdırır".
Bu barədə "Texmaş" konserninin direktor müavini Vladimir Tixonov jurnalistlərə açıqlamasında söyləyib. 
O bildirib ki, hazırda müəssisə öz məhsullarının 32-35%-ini xarici bazara çıxarır. Konserninin direktor müavinin sözlərinə görə, indiki vəziyyətdə ixrac olunan döyüş sursatları beş ölkənin silahlanmasına imkan verir. 

Vladimir Tixonov qeyd edir ki, yaxın bir neçə ilə "Texmaş" konserni xarici bazarlardakı ixrac payını daha da artırmaq istəyir. Tixonov qeyd edib ki, açıq bazar həm "Texmaş"dan, həm də rəqiblərdən açıq şəkildə döyüş sursatı alan ölkələrdir. Konsern bu açıq bazardakı ölkələrdən Azərbaycan, Küveyt, Əlcəzair və digərlərinə silah satışını artırmaq niyyətindədir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.