Serial üçün kökəldi, sonra yenə arıqladı - FOTOLAR
"Bu hayat benim" serialının aktrisası Yeşim Ceren Bozoğlu layihədən ayrıldıqdan sonra arıqlamaq qərarına gəlib. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serialdakı rolu üçün 30 kiloqram kökələn aktrisa artıq arıqlamağa bağlayıb. O, arıqlamasının sirrlərini sosial şəbəkədə paylaşıb:
"Əvvəl öz keçmiş və indiki fotolarınızdan ibarət kollaj düzəldib görə biləcəyiniz bir yerdə, ya telefonunuzun ekranına yerləşdirin. Hər gün onu gördükdə şüuraltınıza təsir edəcək. Mən serial üçün kökəldiyim kiloqramlarımı artıq yoxa çıxarıram. Əvvəlki halımı, dietaya başlayarkən olan fotomu və indiki halımı yanbayan qoyub baxıram. Ortalarda bir yerdəyəm. Əgər sizin ən yaxşı halınızda olan fotonuz yoxdursa, onu beyninizdə çəkin və özünüz üçün məqsəd edin".
O, çoxlu göyərti və müxtəlif salatlar yediyini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.