banner
banner

Gündəm

Bu gün bu yollar bağlı olacaq - məşəl Bakıya gəlir

Bu gün bu yollar bağlı olacaq -

l Avropa Oyunları məşəlinin Bakıya gətirilməsi və beş gün ərzində bayram tədbirlərinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində müəyyən saatlarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, bununla əlaqədar 7 iyun tarixində saat 13:30-dan həmin günün sonunadək paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Rəşid Behbudov küçəsi, Zərifə Əliyeva küçəsi və Rixard Zorge küçələrində məhdudiyyət olacaq. 

İyunun 6-dan 7-sinə keçən gecə saat 01:00-dan 03:00-dək və iyunun 7-sindən 8-nə keçən gecə saat 01:00-dan 04:00-dək Neftçilər prospektinin “Azneft” meydanından Muzey Mərkəzinə qədər olan hissəsində hər iki istiqamətdə, habelə 10 iyun tarixində Şəmsi Bədəlbəyli küçəsi, Səməd Vurğun küçəsi, Bül-bül Prospekti, Rəşid Behbudov küçəsi, Azadlıq Prospekti, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Şövkət Ələkpərova küçəsində fasilələrlə 10-15 dəqiqə müddətinə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.