Aktyor Burak Özçivitlə aktrisa sevgilisi Fəxriyyə Evcən gül dükanının qarşısında görüntüləniblər.
Cia.az “Hürriyət”ə istinadən xəbər verir ki, avtomobilindən düşməyən Burak sevgilisinə çiçək gətirdib. Bu jestin səbəbini soruşan jurnalistlərə aktyor “Bu gün Fəxriyyənin ad günüdür” cavabını verib.
Müxbirlərin “Axı, belə sürpriz olmaz. Üstəlik, çiçəyi də siz yox, gülsatan oğlan verdi” sözlərinə Özçivitin açıqlaması belə olub:
“Evimizə gedirik. Əlbəttə, hazırladığım sürprizim var”. Burak bu sözləriylə Fəxriyyə ilə eyni evdə yaşaması xəbərlərini də təsdiqləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.