"Tələskənliyə yol vermək doğru deyil" - Əflatun Amaşov
“Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistana məxsus hərbi helikopterin vurulmasına Azərbaycan mediasının diqqət göstərməsini təbii qarşılayıram.
Eləcə də hadisə ilə bağlı kütləvi informasiya vasitələri və xəbər portallarının video görüntü paylaşmaq istəyini də anlayıram. Amma məsələdə hansısa tələskənliyə yol vermək doğru deyil. Bu barədə Müdafiə Nazirliyi ilə ciddi dəqiqləşdirilmələr aparılmalıydı. İlk mənbə məhz Müdafiə Nazirliyinin özü olmalıydı».
CİA.Az APA-ya istinadən xəbər verir ki, bu haqda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə. Amaşov “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” prezident sərəncamının olduğunu xatırladıb. O bildirib ki, sözügedən sənəd bu kimi informasiyaların yayılması ilə bağlı məsuliyyət kateqoriyalarını müəyyənləşdirmək baxımından önəmlidir: «Helikopterin vurulma anını hansısa jurnalist lentə ala bilməzdi. Belə olan halda həmin görüntünün medianın əlinə necə düşməsi də sual doğurur. Düşünürəm ki, bu, ciddi şəkildə araşdırılmalıdır. Hansısa naşılıq və sui-istifadə varsa, aradan qaldırılmalıdır. Məsələyə kompleks yanaşılmalıdır.
Çünki belə hallar gələcəkdə böyük fəsadlar verə bilər. Bir daha həmkarlarımdan və əlaqədar strukturlardan bu kimi mühüm məsələlərə məsuliyyətlə yanaşmağı xahiş edirəm».
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.