Aktyor Çağatay Ulusoy iyunun 12-də final edəcək "Medcezir" serialından sonra yeni layihədə "Miss Türkiyə" Amine Gulşe ilə baş rolu paylaşacaq. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hazırda Tolqahan Sayışmanla "Asla Vazkeçmem" serialında oynayan Aminenin yeni mövsümdə Çağatayla tərəf müqabili olacağı iddiası yayılıb. Hələlik yeni serial haqda gniş məlumat verilmir.
Qeyd edək ki, A.Gülşe 2014-cü ildə Türkiyənin ən gözəl qızı seçilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.