Dünyanın ən kök modeli olan Tess Hollidey bikini reklamına çəkilib.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, o, yeni çimərlik geyimi modellərini təqdim edib. Tess açıqlamasında “gombul” ifadəsinin onun üçün heç bir əhəmiyyət daşımadığını deyib:
“Bu, mənim üçün yalnız sözdür. Bu qədər çəki ilə necə yaşayacağımı düşünənədək hər şey başqa cür idi. Bəli, mən gombulam. Buna görə özünə əziyyət vermək axmaqlıqdır. İdeal bədən quruluşu yoxdur”.
Qeyd edək ki, 29 yaşlı Tess Hollidey artıq çəkilərinə rəğmən, dünyanın məşhur model agentlikləri ilə çalışır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.