Bu gündən etibarən metro stansiyalarında xarici qonaqlar üçün daha bir yenilik edilib. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, stansiyalarda Azərbaycan dilindən başqa, ingilis dilində də anonslar veriləcək.
"Artıq stansiyalarda ingilis dilində anonslar səslənilir. Daha bir yenilik isə ondan ibarətdir ki, bu gündən etibarən metro stansiyalarında Avropa Oyunları ilə bağlı, yarışların keçirilmə yeri və s. kimi məlumatlar, təhlükəsizliyə riayət olunması ilə bağlı elanlar da səsləndiriləcək", - deyə Nəsimi Paşayev bildirib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.