Azərbaycanın birinci xanımından velosipedçiyə hədiyyə
Avropanın ən uzaq qərbində yerləşən paytaxt şəhər Lissabondan bu qitənin ən uzaq şərqində yerləşən paytaxt Bakıya 7 min km məsafəni qət edən Horhe Kristavao medala layiq görülüb. Bu mükafat ona çərşənbə günü axşamı, Avropa Oyunlarının Açılış Mərasimi üçün biletlər şəklində təqdim edilib.
İdman aşıqi olan portuqaliyalı velosipedçi, Azərbaycanın birinci xanımı və Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfındən açılmış Bakı 2015 Avropa Qonaqpərvərlər Klubunda VİP qonaqların sırasında olub.
Klubun açılışında Mehriban Əliyeva və Horhe Kristavaoya Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki və Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də qoşulub.
Şəhərin məşhur Dənizkənarı Bulvarının yaxınlığında yerləşən klub birinci Avropa Oyunları ərzində VİP qonaqlara, ali qonaqlara və sponsorlara ev sahibliyi xidməti göstərəcək.
Oyunlar barədə məlumatın yayılması kimi böyük məsuliyyəti boynuna götürmüş 53 yaşlı Kristavaoya Açılış Mərasiminə iki bilet təqdim edilib.
Aprelin 10-da Lissabondan yola düşən Kristavao İspaniya, Fransa, Monako, İtaliya, Yunanıstan, Türkiyə, Gürcüstan və Azərbaycan marşrutu üzrə hərəkət edib.
Bütün yol boyu Portuqaliya Olimpiya Komitəsi missiyasının rəhbəri Xose Qarsiya tərəfindən təqdim edilmiş Portuqaliya bayrağını da daşıyıb. Bu bayraq Açılış Mərasimində daşınması üçün Portuqaliya nümayəndə heyətinin bayraqdarına təqdim ediləcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.