banner
banner

Sosİal

Sabah bu marşrutların yolu dəyişiləcək- Diqqətli olun

Sabah bu marşrutların yolu dəyişiləcək-

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərə müraciət edib. Cia.az xəbər verir ki, sabah Avropa Oyunlarının açılış günü mərasimi ilə əlaqədar bir sıra marşrut xətlərinin istiqamətində dəyişiklik ediləcək. 

Avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:

Zabrat-Maştağa istiqamətindən

107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəs. Əfəndiyev küçəsi-“Neftçilər” metrostansiyası-Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq.

139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəsəbəsi-Əfəndiyev küç.-Şərifli küç-Mirzəyev-Q.Qarayev pr.  (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası-Əsədullayev küç-Bakıxanov qəs.-Mehmandarov küç-Sülh küç.-“Neftçilər” metrostansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək. 

55 saylı marşrutun xətti Sabunçu stansiyası-Əsədullayev küç.-Bakıxanov qəs.-Mehmandarov küç. və sonra mövcud xətt üzrə hərəkət edəcək.

93 saylı marşrutun xətti müvəqqəti dayandırılır. 

 Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən

100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şossesi- H. Əliyev pr. - Zığ beton yolu – Gəncə pr.- “H.Aslanov” metrostansiyasına qədər təşkil olunacaq.

116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu-Nobel pr.-A.Cəlilov-K.Səfərəliyeva-28 May küç. (S.Vurğun bağının yanı) son dayanacaq.

184 saylı marşrut xətti Bül-Bülə qəs.-Bakıxanov qəs.-Əfəndiyev küç.-Şərifli küç.-Mirzəyev-Q.Qarayev pr.(1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

214-Bakıxanov qəs.-Əfəndiyev küç.-Qəmbərov.-“Neftçilər” metrostansiyası-8 km bazarına qədər təşkil olunacaq. 

 Ziya Bünyadov prospekti istiqamətindən

11 və 36 nömrəli marşrut xətləri-Q.Qarayev pr.-O. Vəliyev-M. Abbasov-A.Manafov-Q.Qarayev pr.-sonra mövcud xətt üzrə. 

82 saylı marşrutun xətti müvəqqəti dayandırılır. 

207 saylı marşrutun xətti Binə T/M.-Dairəvi yol-Moskva pr.-A.Mustafayev-Z.Bünyadov-Atatürk prospektinə qədər təşkil olunacaq.

Qeyd edək ki, bu dəyişiklik Avropa Oyunlarının bağlanış mərasimində də ediləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.