banner
banner

Gündəm

Ceyhun Mirzəyevin həyat yoldaşı vəfat edib

Ceyhun Mirzəyevin həyat yoldaşı vəfat edib

Azərbaycanın tanınmış aktyoru, məşhur “Fəryad” filminin rejissoru mərhum Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva dünən dünyasını dəyişib.

Cia.az xəbər verir ki, bu barədə modern.az saytına kinoşünas Aydın Dadaşov məlumat verib. O bildirib ki, Lida xanımın hüzr mərasimi bu gün saat 12-də Hüseyn Cavid parkının yaxınlığındakı məhəllədə keçiriləcək.

Lidiya Mirzəyeva əvəllər ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub.
Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib.

“Fəryad” filmi Ceyhun Mirzəyevin həm rejissor, həm də aktyor kimi son ekran işi olub. O, 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat edib. 

Allah rəhmət eləsin!

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.