banner
banner

Gündəm

Avstriyadan idmançılarına operativ yardıma görə - Azərbaycana təşəkkür

Avstriyadan idmançılarına operativ yardıma görə -

Avstriyanın Milli Olimpiya Komitəsinin prezidenti qəzada yaralanan idmançılarına göstərdiyi yardıma görə Azərbaycan hökumətinə təşəkkür edib. 

Cia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, MOK prezidenti Karl Ştosun sözlərinə görə, avtomobil qəzasında ağır yaralanan 15 yaşlı Vanessa Şahinoviç ölkəsinə göndərildikdən sonra dərhal əməliyyat olunub. Yüngün xəsarət alan Verena Breyt isə Bakıda qalsa da yarışlara qatıla bilməyib:

“Biz öyrənəcəyik ki, niyə belə bir şey baş verib. Eyni zamanda, qısa zamanda idmançıların evlərinə geri qaytarılmasını təşkil etdiyi üçün yerli nəqliyyat təşkilatçılığına təşəkkür edirəm. Bu dəhşətli hadisə idi. Digər tərəfdən gələcəyə baxmaq lazımdır, öz komandamıza güvənməliyik”. 

Qeyd edək ki, Bakıdakı Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəzada 3 avstriyalı yaralanmışdı. Yaralılardan ikisi dərhal xüsusi tibbi təyyarə ilə ölkələrinə geri göndərilmişdilər. 

Hazırda Avstriyanın  sinxron üzgüçülərindən ehtiyatında cəmi bir idmançı qaldığından bu ölkə avtomatik olaraq qrup yarışlarında iştirakdan məhrum olub. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.