Səfir Arif Məmmədov prezidentliyə namizədliyini irəli sürdü- ŞOK
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri Arif Məmmədov sensasion bəyanatla çıxış edib. Cia.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, sabiq səfir bəyan edib ki, Azərbaycan prezidenti postuna namizədliyini irəli sürür. O, özünün “Azərbaycan-2025” adlı siyasi proqramını da açıqlayıb.
“Başlanğıc kimi ölkəni böhrandan çıxarmaq üçün “Azərbaycan-2025” milli proqramını, yəni ölkənin yaxın 10 ildəki gələcəyinə dair baxışlarımı hazırlamaq istəyirəm. İstəyirəm ki, mənim xalqım belçikalı və norveçlilərdən, fransız və almanlardan pis yaşamasın” - deyə A.Məmədov öz facebook səhifəsində yazır.
“Yazmışam ki, mənə bu ideyanı həyata keçirmək üçün siyasi partiya və ya hər hansı başqa struktur lazım deyil. Mənə bu proqramı hazırlamaqda kömək edə biləcək 10-20 adamdan ibarət beyin mərkəzi lazımdır. Lakin bu layihədə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı iştirak etməlidir. Məsləhətləşmələrə xarici ekspertlər də cəlb oluna bilərlər” - deyə sabiq səfir yazır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.