Rusiyada yaşayan azərbaycanlı biznesmen, bəstəkar-müğənni Emin Ağalarov ilk avtomobilinin fotosunu İnstagram səhifəsində paylaşıb.
Cia.az-ın məlumatına görə, bu gənclərin hələ də həvəslə "avtoşluq" etdiyi "07" markalı rus maşını olub. "Mənim ilk avtomobilim VAZ 2107" yazaraq fotoya şərh verib.
Musiqiçi sahibi olduğu "Sea Breeza" otelinin həyətində bu avtomobillə avtoşluq da edib. O, maraqlı görüntüləri də hər kəslə paylaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.