banner
banner

Sosİal

Azərbaycanda parçalanan uşaq barədə yeni xəbər

Azərbaycanda parçalanan uşaq barədə yeni xəbər

Masallıda 12 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Masallı rayon Prokurorluğunun böyük müstəntiqi Elmar Əhmədlinin verdiyi məlumata görə, hadisə iyunun 13-də rayonun Nəzəroba kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Cəlal Cəmil oğlu Nəzərov balaca qardaşı ilə birlikdə rayon ərazisindəki hərbi poliqon yaxınlığında tank əleyhina minanın alışdırıcı borusunu tapıblar. Onlar tapdıqlarının nə olduğunu bilmədən evə gətiriblər və oynatmağa başlayıblar.

Cəlal Nəzərov həyətdə tək olarkən partlayıcı maddəni oynadarkən partlayış olub. Hadisə nəticəsində oğlanın bədən üzvləri parçalanıb. Uşaq yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.