banner
banner

Gündəm

Leyla Əliyeva uşaqlar üçün şənlikdə - FOTOLAR

Leyla Əliyeva uşaqlar üçün şənlikdə -

İyunun 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin balaca sakinləri üçün şənlik təşkil olunub.

Cia.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

Şənlikdə iştirak edən uşaqlar “Bakı-2015” ilk Avropa Oyunlarının ovqatını hiss etdilər, balacalara xas olan hədsiz səmimiyyət və sevinclə paytaxtımızda hökm sürən xüsusi ab-havaya əlavə rəng qatıblar. Uşaqları “Bakı-2015”-in rəmzləri Nar və Ceyran qarşılayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu şənliyə gəlişi isə uşaqların sevincini ikiqat artırıb. Şənlikdə Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri iştirak ediblər.

Leyla Əliyeva ətrafına toplaşan uşaqların sevincini bölüşdü, onlarla səmimi söhbət edib. Bununla da, xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşadıb.

Tədbirdə balacalar üçün yaradılan əsl bayram ab-havası uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Balacalar müxtəlif rəqslər ifa ediblər, yalnız uşaqlığa xas olan qayğısızlıqla ətrafdakılarla öz sevinclərini bölüşüblər. Bu təbəssümü isə onlara Heydər Əliyev Fondu bəxş edib.

Həmişə olduğu kimi, bu dəfə də Fond uşaqlarla görüşə əliboş gəlməyib. Hər uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib. Bu hədiyyələr arasında birinci Avropa Oyunlarının suvenirləri də olub. Leyla Əliyeva onun ətrafında toplaşan uşaqlarla birlikdə rəqs etdi, söhbətləşdi, onlarla fotolar çəkdirib.

Bu tədbir həm də ölkəmizin balaca sakinlərinin birinci Avropa Oyunlarına dəstəyi olub. “Bakı-2015”-in atributlarını üzərində daşıyan balacalar Avropa Oyunlarının əhval-ruhiyyəsinə köklənərək, öz aralarında qısa məsafəyə qaçış üzrə yarışda da iştirak ediblər. Uşaqlar üçün müxtəlif oyunlar, Avropa Oyunları ilə bağlı viktorinalar keçirilib. Qaliblər Heydər Əliyev Fondunun hədiyyələri ilə mükafatlandırılıblar.

 
 


 

 

 

 

 

 

 

 

 

 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.