banner
banner

Sosİal

AZAL reytinq ulduzlarına layiq görüldü

AZAL reytinq ulduzlarına layiq görüldü

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) dünyaca məşhur və Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən nüfuzlu konsaltinq şirkəti olan "Skytrax" tərəfindən nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb.

Cia.az-ın AZAL-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aviaşirkət bu statusa “Skytrax”ın xidmət keyfiyyəti və səviyyəsini qiymətləndirən müstəqil beynəlxalq auditinin nəticələrinə əsasən layiq görülüb.

"Skytrax" şirkətinin aviaşirkətlərin reytinqi üzrə şkalası 1-dən 5-ə kimi ulduz təşkil edir və aviasiya ictimaiyyəti tərəfindən xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində obyektiv və təkzibedilməz meyar kimi qəbul edilir.

“Skytrax”ın cari reytinqinə görə, ümumilikdə dünyada "4 Ulduz" reytinqli 35 aviaşirkət qeydə alınıb ki, bunların da arasında “Emirates”, “Air France”, “Lufthansa”, “Turkish Airlines”, “KLM”, “British Airways”, “Japan Airlines” və digər tanınmış qlobal daşıyıcılar var. Artıq bu layiqli sırada “AZAL” da öz şərəfli yerini tutacaq.



Son vaxtlara qədər Şərqi Avropa və MDB ölkələri arasında "4 Ulduz" reytinqli yalnız bir daşıyıcı qeydə alınıb.

"4 Ulduz" reytinqinə layiq görülmədən öncə aviaşirkət müstəqil beynəlxalq auditorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyar üzrə qiymətləndirilib. Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilib. Təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarənin göyərtəsində əyləncə; heyət üzvlərinin uniformaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə qiymətləndirilib. Dyuti-Fri xidməti, bort jurnalının məlumat tərkibi, bortda qidalanmanın keyfiyyəti və oturacaqların rahatlığının qiymətləndirilməsi də diqqətdən kənar qalmayıb.

Hazırda “AZAL” bütün bu komponentlər üzrə yüksəkdədir. Bundan əlavə, Azərbaycan milli aviadaşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan “World Airline Awards” mükafatına namizədliyi verilib. "Air France" və "Delta Air Lines" kimi qlobal daşıyıcılar arasında “AZAL” şərəfli ikinci yerdədir.

“AZAL”dan bildiriblər ki, aviaşirkətə "4 Ulduz" reytinqinin və "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" mükafatının verilməsi xəbərinin ilk Avropa Oyunları müddətində gəlməsi aviaşirkətin rəhbərliyi və şirkətin bütün əməkdaşları üçün xüsusilə sevindirici haldır. Bu, şirkətin bütün heyətinin zəhmətkeş və gündəlik əməyinin, göstərilən xidmətlərin səviyyəsinin artırılması və sərnişinlərin qayğısına qalmaq üçün göstərilən daimi və yorulmaz səylərinin sübutudur.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.