Ötən gün QİÇS-lə mübarizə fondu olan “amfAR” tərəfindən Nyu-Yorkda xeyriyyə gecəsi keçirilib.
Gecədə dünyanın bir çox tanınmış ulduzu iştirak edib. Onların arasında 22 yaşlı müğənni Mayli Sayrus xüsusilə diqqət çəkib. Hər zaman ekstravaqand geyimlərdə görməyə öyrəşdiyimiz ifaçı bu dəfə üzərində ürək şəkli təsvir olunmuş qırmızı ziyafət libasında olub. Digər nəzərəçarpan məqam isə Maylini müşayiət edən 24 yaşlı Tayler Ford adlı transgender bələdçisi olub.
Maylinin gecəyə belə biri ilə yollanması təsadüfi xarakter daşımır. Belə ki, “amfAR” HİV və QİÇS-lə mübarizə aparsa da, LGBT hərəkatını (Lezbiyanlar, Geylər, Biseksuallar, Transgenderlər) dəstəkləyir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.