Müğənninin Ramazan etirazı: "Yenə zəngin süfrələrində..."
Müğənni Özcan Dəniz Ramazan ayının gəlişi ilə bağlı maraqlı paylaşım edib.
Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, hər kəsə "israfçılıqdan, qəzəbdən, göstərişdən uzaq, nəfsinə hakim, Allaha yaxın Ramazan ayı" arzu edib:
"Yenə zəngin süfrələri qurulacaq, yenə imsaqda və iftarda 5 günlük yeməklər yeyiləcək və artıq qalanlar zibilliyə atılacaq. Yenə aclıqdan siniri pozulanlar oruc tutmayanlara qarşı çıxacaq, yenə din adamları telekanallarda qəmli musiqi sədaları altında, böyük pullar qarşılığında məntiqsiz danışıqlarını təqdim edəcəklər. Yenə məşhurlar iftar partiləri təşkil edib televiziya şousu düzəldəcək. Oruc tutmağın əsas səbəbləri unudulub, ən sadəsindən, gün boyu ac qalmaqdan danışılacaq".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.